Böyük Britaniyanın Baş naziri Boris Conson və Avropa Komissiyasının sədri Ursula von der Leyen 14 oktyabrda Birləşmiş Krallıq və Avropa İttifaqı arasında gələcək münasibətlərə dair danışıqları müzakirə edəcəklər.
Trend-in məlumatına görə, bu barədə Reuters agentliyi Britaniya hökuməti başçısının ofisinə istinadən bildirib.
Qeyd edilib ki, onlar bu ayın əvvəlində (3 oktyabr) baş tutan danışıq əsnasında danışıqlar prosesi boyunca sıx təmasda olacaqlarına razılıq veriblər.
Birləşmiş Krallıq və Avropa İttifaqı razılaşma ilə bağlı danışıqların çətin olduğunu və Brexit-in keçid dövrünün bitməsinə qədər az vaxt qaldığını etiraf etdilər.