“Türk Hava Yolları” aviaşirkəti gündəlik reyslərin sayına görə Avropa üzrə ikinci yerdədir.
Bu barədə şirkətin baş direktoru Bilal Ekşi şəxsi “Twitter” hesabında bildirib.
Açıqlamada COVID-19 pandemiyasının aviasiya sahəsinə dərindən təsir etdiyini qeyd edən B.Ekşi rəqəmlərin 2019-cu il ilə müqayisədə çox aşağı olduğunu deyib(azərtac).