XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2020 - 23:33

Türkiyədə dinc sakinləri qətlə yetirən terrorçular zərərsizləşdirildi

Türkiyənin Hakkari əyalətində 8 terrorçu zərərsizləşdirilib.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Daxili işlər naziri Süleyman Soylu bildirib.

O, qeyd edib ki, terrorçular daha əvvəl iki günahsız dinc sakini qətlə yetirib. Nazir bütün qatillərin cəzalandırılacağını vurğulayıb.

Məlumata görə, antiterror əməliyyatına Hərbi Hava Qüvvələri dəstək verib. Bölgədə əməliyyat davam edir.