Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov ölkədə yaranan gərginliklə bağlı istefa verib.
Strateq.az xəbər verir ki, bu barədə Qırğız Respublikasının Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, ölkədə keçirlən parlament seçkisindən sonra daxili vəziyyət gərginləşib.
Paytaxt Bişkek başda olmaqla bir çox şəhərlərdə insanlar etiraza qalxıb. Bunun nəticəsində yeni parlamentin spikeri də istefa verib.