XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

06 Mart 2015 - 19:20

Çexiya Polşanın ərazisini geri verir

çexiya qonşu ölkə ilə sərhəddə yerləşən ərazisinin 3,5 kilometrlik hissəsini Polşaya vermək qərarına gəlib.

Rəsmi Praqa Varşavaya soyuq müharibə illərində SSRİ-nin təzyiqi altında müəyyənləşmiş ümumi sərhədləri dəyişdirməyi təklif edib.

çexiyanın Baş naziri Boquslav Sobotka polşalılarla “mehriban qonşuluq siyasətini inkişaf etdirmək üçün” ölkəsinin ərazisinin bir hissəsini Polşaya verməyə hazır olduğunu bəyan edib. “Polşa vaxtilə ona məxsus olmuş ərazisini geri alacaq. Lakin hələlik məsələ tam həllini tapmayana qədər bu barədə ətraflı bir söz deyə bilmərəm”,-deyə Baş nazir vurğulayıb.

İndi Praqa sərhədlərin yenidən müəyyənləşdirilməsinə dair təklifinə Varşavanın cavabını gözləyir.

Xatırladaq ki, çexiya ilə Polşa arasında ərazi mübahisələri 1950-ci ildən davam edir. Bundan əvvəl Praqa mübahisəli əraziyə görə Varşavaya maliyyə kompensasiyası təklif etmişdi. Lakin Polşa tərəfi bu təklifi qəbul etməmişdi. çexiya KİV-ləri izahat vermişdilər ki, söhbət Şimali Moraviya və Şimali Boqemiya ərazilərindən gedir.

AzerTac