Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen koronavirusa yoluxma şübhəsi üzündən Avropa İttifaqının (Aİ) zirvə görüşünün keçirildiyi salonu tərk edib.
Bu barədə o, “Twitter” hesabında məlumat paylaşıb:
“İndicə baş ofisin əməkdaşının bu səhər COVID-19 testinin müsbət çıxdığı barədə məlumat almışam. Mənim testim isə mənfi çıxıb. Buna baxmayaraq, ehtiyat tədbiri kimi Aİ Şurasını tərk edərək özümü təcrid edirəm”/Report