XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 October 2020 - 00:21

Rusiya Qırğızıstana maliyyə yardımını dayandırdı –Ölkədəki gərginliyə görə

Qırğız Respublikasında vəziyyət sabitləşənə, hakimiyyət qurumları müntəzəm fəaliyyətini bərpa edənədək Rusiya bu ölkəyə maliyyə yardımını dayandırır.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, bu gün Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekov istefa verdikdən sonra, baş nazir Sadir Japarov paytaxt Bişkekdəki mitinqdə dövlət başçısı səlahiyyətlərinin ona keçdiyini açıqlayıb/Report.