XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2020 - 22:03

İranlı diplomat Belçikada həbs edilib- FOTO

Belçikada iranlı diplomatın həbs edilməsi 1961-ci ildə imzalanan Vyana Konvensiyasının kobud surətdə pozulmasıdır.

Azərtac xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib. O bildirib ki, iranlı diplomat Əsədulla Əsədiniyə qarşı Belçikada terror aktı törətməyə cəhd göstərmək ittihamı irəli sürülüb. Bu ittihamın heç bir əsası yoxdur.

S.Xətibzadə diqqətə çatdırıb ki, rəsmi Tehran diplomatın azad olunmasını tələb edir.

İranın Belçikadakı səfirliyi də bəyanatla çıxış edib. Bəyanatda iranlı diplomatın həbs edildiyi təsdiqlənir. Lakin onun terror aktı törətməyə cəhddə ittiham edilməsinin yalan olduğu bildirilir(azərtac).