Gürcüstanda oktyabrın 31-nə təyin olunmuş parlament seçkilərinin başqa günə keçirilməsi üçün heç bir əsas yoxdur.
Bu sözləri Gürcüstanın Baş Naziri Giorgi Qaxaria oktyabrın 15-də keçirdiyi brifinqdə söyləyib.
Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların sayının artmasına baxmayaraq, hökumət pandemiyanın qarşısını almağa qadirdir. Bu gün koronavirusdan qorunmanın ən yaxşı üsulu tibbi maska taxmaq və məsafə saxlamaqdır.
Baş Nazir bununla əlaqədar əhaliyə müraciət edib və onlardan qaydalara riayət etməyi xahiş edib.
Qeyd edək ki, oktyabrın 15-də Gürcüstanda daha 919 nəfərdə koronavirus aşkarlanıb(azərtac).