XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2020 - 23:33

Türkiyə XİN:"Bu hücumlar Ermənistanın insani dəyərlərlə uyuşmayan, hüquq tanımayan üzüdür"

Ermənistanın Azərbaycanda mülki yaşayış yerlərinə davam edən hücumlarını şiddətlə qınayırıq. Ermənistanın bu gün Tərtərə hücumu nəticəsində bir məzarlıqda təşkil olunan cənazə mərasimindəki dinc insanlardan üç nəfərin ölüb, beş nəfər yaralanıb.

Bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin qanlı hadisə ilə bağlı yaydığı açıqlamada əksini tapıb.

Açıqlamada bildirilir ki, Ermənistan əsirlərin və cəsədlərin dəyişdirilməsi üçün oktyabrın 10-da elan edilən atəşkəsi heçə saymaqda davam edir. İnsanlıqdan xəbəri olmayanlar azərbaycanlı qardaşlarımızın cəsədləri dəfn etməsinə izn verməməkdədirlər.

Bu son hücum Ermənistanın insani dəyərlərlə uyuşmayan, hüquq tanımayan üzünü bütün dünyaya bir daha göstərdi.

Türkiyə Can Azərbaycanın qəhrəman xalqı ilə tam şəkildə həmrəydir/Azərtac.