XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 October 2020 - 17:58

UEFA prezidenti:"Avropa çempionatı daha az ölkədə keçirilə bilər"

“Həmişə vəziyyəti izləyirik, amma Avropa çempionatının baş tutacağına tam əminik. Yarışı olduğu kimi keçirməyi planlaşdırırıq”.

Bu fikirləri UEFA prezidenti Aleksander Çeferin “Movistar+” nəşrinə açıqlamasında 2021-ci ildəki Avropa çempionatının şəhərlərinin sayının koronavirusa görə azaldılma ehtimalına münasibət bildirərkən deyib.

Sloveniyalı funksioner deyib ki, Avropa çempionatı daha az ölkədə keçirilə bilər: “Deyə bilərəm ki, AVRO-2020-ni 12 əvəzinə 11 ölkədə də keçirə bilərik. Bu say 8, 5 və ya 1 ölkə də ola bilər”.

Qeyd edək ki, Avropa çempionatının oyunları gələn il 11 iyun – 11 iyulda Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir. (report)