XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

26 Mart 2016 - 20:19

Fransada 9 min gəncpotensial terrorçu elan edildi

berlin-de-polis-bir-el-kaide-sempatizanini-vurdu-72554-5

Fransa polisi 9 mindən çox gənci onların radikal hərəkatların tərəfdarı ola biləciyini ciddiyə alaraq, nəzarət altına alıb.

Musavat.com-un məlumatına görə, bu barədə “Sputnik” agentliyinə fransız deputat, sosial şəbəkələrin monitorinqi üzrə Komitənin həmsədri Natali Quli bildirib: “Radikallaşma həddində olan gənc adamlar Fransada nəzarət altındadır. Onların sayı 9 mindən artıqdır. Özü də bu gənclərin yarıdan çoxu öz dinini dəyişib – xristianlıqdan islama keçib”.

Onun sözlərinə görə, gənclərin terrorçuların sırasına cəlb olunmasının qarşısını almağa yönəlik səylər orta məktəbdən başlanmalıdır: “Fransada gənc insanların de-radikallaşması – uzun, çox uzun işdir və bir saatın içində onu görmək mümkünsüzdür”..

Bundan öncə xəbər verilmişdi ki, Fransa Suriyaya gedən radikal ovqatlı vətəndaşların sayına görə Avropa Birliyi ölkələri arasında liderlik edir. 2014-cü ilin sentyabrından bu yana onların sayı 1200-ü keçib.