XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 October 2020 - 21:27

Türkiyədə son sutkada koronavirusdan 73 nəfər ölüb –Səhiyyə naziri

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 73 nəfər ölüb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 117 005 şübhəli koronavirus testindən keçib, onlardan 1812-nin cavabı pozitiv çıxıb, 1419 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı  1445 nəfər olub.

Türkiyədə ümumilikdə 301 098 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9153 nəfər ölüb. (apa)