Martın 22-də teraktın baş verdiyi Brüsselin «Zaventem» aeroportunun açılacağı təxmini tarix bəlli olub.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, hava limanının öz faəliyyətini əvvəl elan olduğu kimi martın 27-də deyil, 2-3 üç gün daha gec bərpa edəcəyi bildirilir.
Hələlik dəqiq məlum olan odur ki, aeroport martın 29-dan tez işə başlamayacaq.
Ərazidə istintaq hərəkətləri başa çatıb. Hazırda binada təmir işləri aparılır və hava limanının fəaliyyətini bərpa etməyə hazır olub-olmadığı müəyyənləşdirilir.