XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2020 - 01:05

ÜST:koronavirus əleyhinə mübarizədə problem yaranıb

Qripin və koronavirusun eyni vaxtda yayılması səhiyyə sistemi üçün çətinliklər yaradır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

“Qrip və COVID-19-un eyni vaxtda dövriyyəsi səhiyyə sistemi və müəssisələri üçün problem yarada bilər, çünki hər iki xəstəlik olduqca oxşar əlamətlərə malikdir”, – ÜST rəhbəri deyib.

Bu halda o qeyd edib ki, koronavirusla mübarizə üzrə tədbirlər qripin yayılmasının qarşısının alınması üçün effektivdir. Söhbət hər şeydən əvvəl əllərin yuyulması, qoruyucu maskalardan istifadə, sosial məsafəyə riayət etmə və binaların havasının dəyişdirilməsindən gedir. (Report)