XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

22 May 2015 - 07:24

Sorosdan həyəcanlı çağırış: “Rusiya ilə Çin birləşsə, dünya müharibəsi başlanacaq” –AÇIQLAMA

soros.jpg

ABŞ milyarderi Corc Soros ABŞ və çin arasında münaqişənin yeni dünya müharibəsinə səbəb olacağı ilə bağlı açıqlama verib.

Soros qeyd edib ki, əgər çin öz iqtisadiyyatını ixraca deyil, daxili ehtiyacların ödənməsinə yönəltsə bu müharibə ssenarisi mümkündür.

Bundan qaçmaq üçün ABŞ çinə böyük güzəştə etməlidir. “çin yuanı Beynəlxalq Valyuta Fondunun valyuta səbətinin bir hissəsi olmalıdır. Amerika bu məsələdə güzəştə getməlidir” – deyə Soros vurğulayıb.

Əgər belə olarsa, bu zaman çin yuanı dollara ciddi rəqib olacaq.

Soros bildirib ki, çin öz növbəsində ölkə iqtisadiyyatının dəyişdirilməsində güzəştə getməlidir. Milyarder bildirib ki, ABŞ-la çin arasında sazişin əldə olunması çətin olacaq:“Amma bunun alternativi çox pis olacaq”.

“Əgər çin Rusiya ilə birgə hərbi və siyasi ittifaq yaratsa o zaman yeni dünya müharibəsi təhlükəsi real olacaq”- deyə Soros vurğulayıb.

X.Səfəroğlu