XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 March 2016 - 11:17

ABŞ-da ilkin seçkilər: Sanders rəqibiKlintonla arasındakı fərqi azaldıb

Demokrat Partiyasından prezidentliyə namizəd senator Berni Sanders şənbə günü keçirilən ilkin seçkilərdə sabiq dövlət katibi Hillari Klintonla arasındakı fərqi azaldıb. O, Vaşinqton və Alyaska ştatlarında partiya fəallarının yığıncaqlarında (kokuslarda) rəqibinə böyük üstünlüklə qalib gəlib.

Azərtac RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, səslərin sayılması hələ başa çatmayıb. Lakin aradakı fərq o qədər böyükdür ki, ABŞ-ın aparıcı KİV-ləri qələbəni çoxdan Sandersə veriblər.

Şənbə marafonunda Vaşinqton kokusu daha çox önəmə malikdir. Belə ki, bu ştatdan partiya qurultayında 101 nümayəndə təmsil olunur. Washington Post qəzetinin məlumatına görə, orada bülletenlərin dörddə üçü sayılıb. Səslərin 72 faizi Sandersə, 28 faizi Klintona verilib. Alyaskada isə fərq daha böyükdür – 79:21.

İndi Hillari Klintonun diqqəti doğma ştatı Nyu-Yorka yönəlib. Aprelin 19-da bu ştatda keçiriləcək ilkin seçkilərdə mübarizə 291 namizədin səsi uğrunda gedəcək.

Assoşieyted Press agentliyinin məlumatına görə, hazırda Klintonun hesabında 1697, Sandersin hesabında isə 976 nümayəndə var. Partiyanın rəsmi namizədi olmaq üçün qurultayda 2383 nümayəndənin dəstəyi tələb olunur.