XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2020 - 11:35

Dəməşqə gizli səfər –Pensin köməkçisi Suriyaya niyə gedib?

Ağ Ev səlahiyyətlisi Dəməşq hökuməti ilə gizli görüşlər keçirib.

Strateq.az “Wall Street Journal”-a istinadla xəbər verir ki,  xaricdə olan Amerikalı məhbuslarla bağlı məsələ prezident Donald Tramp administrasiyasının əsas prioritetlərindən biridir.

“Wall Street Journal” ABŞ hökumət rəsmilərinə və danışıqların gedişatı ilə tanış olan digər mənbələrə istinad edərək, ABŞ vitse-prezidentinin köməkçisi və terrorla mübarizə üzrə məsul olan Kaş Patelin gizli şəkildə Şama səfər etdiyini xəbər verib. Məqsəd Suriyada həbs olunmuş 2 ABŞ vətəndaşının sərbəst buraxılması  olub.

Mənbələr Patellə görüşən suriyalı rəsmilər haqqında heç bir şey demədən danışıqların ABŞ-ın keçmiş dəniz piyadası Ostin Zeys və suriyalı-amerikalı həkim Məcid Kamalmazın sərbəst buraxılması üçün Suriya rejimi ilə razılığa gəlməyi hədəf aldığını söyləyib.

ABŞ-ın ən azı daha 4 vətəndaşının da Suriyada həbsdə olduğu iddia edilir.

Kaş Patellin səfəri yüksək mənsəbli bir Amerika rəsmisinin son 10 ildə Suriyaya ilk səfəridir.