XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

27 Mart 2016 - 11:59

Türkiyə kəşfiyyatı ABŞ-a qarşışok terror planını ifşa etdi

keshviyyat1

 

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) DHKP-C terror təşkilatının ölkədəki ABŞ səfirliyi və konsulluğuna qarşı terror aktı planlaşdırdığını üzə çıxarıb.

APA-nın Türkiyənin "Vatan" qəzetinə istinadən verdiyi məlumata görə, DHKP-C-nin "inqilab şəhidləri həftəsi" elan etdiyi 30 mart – 17 aprel tarixlərində ABŞ səfirliyi və konsulluğuna hücum təşkil etməyi planlaşdırır.

ABŞ səfirlik və konsulluğu ilə bərabər DHKP-C terror təşkilatının hədəfləri sırasında Hakim Ədalət və İnkişaf Partiyasının təşkilatlarının binaları, hakim və prokurorlar da var. MİT DHKP-C-nin terror aktlarını Harika Kızılkaya, Ebru Yeşilırmak, Sercan Arslan, Çağrı Avcı, Özlem Pembe Olgun, Bilgehan Karpat, Hakan Karabey, Ünal Çimen, Ümit Çimen və Nadir Çınarı adlı terrorçular vasitəsi ilə həyata keçirə biləcəyi barədə də xəbərdarlıq edib. Bu terrorçuların fotoşəkilləri ölkə üzrə polis bölmələrinə paylanıb.

Xəbərdarlıqda müxtəlif vaxtlarda DHKP-C terrorçuları əleyhinə qərarlar vermiş hakim və prokurorların mühafizəsinin gücləndirilməsi təlimatı da yer alıb.