XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Mart 2016 - 10:20

Bu günPasxa bayramıdır

Katolik xristianları bu gün Pasxa bayramını qeyd edirlər. Bayramın ilk dəqiqələrindən etibarən Vatikanda bir sıra ayinlər icra olunub.

Anspress-in məlumatına görə, Roma Papası Fransisk Müqəddəs Pyotr Bazilikasında gecə boyu ayıq qalıb, İsa peyğəmbərin ruhuna daular oxuyub.

Pontifik qaranlıq kilsəyə şam ilə daxil olub. Mehraba çatdıqda isə kilsənin işıqları yandırılıb. Papa mərasimdə 12 nəfəri xaç suyuna çəkib. Vatikan rəhbəri daha sonra çıxışı zamanı insanlara ümid ismarışı verib və qeyd edib ki, qaranlıq və qorxu dünyada hakim olmamalıdır.

"Tanrı bizi ümidsiz xristian olmaq tələsindən xilas etsin. O insanlar, sanki Tanrı dirilməmişdir kimi davranırlar. Sanki problemlərimiz həyatımızın mərkəzində durur. Biz daxildə və xaricdə olan problemləri görürük və görəcəyik. Lakin bu gün yenidən dirilən Tanrının işığını problemlərimizin üzərinə sərmək, onu xaç suyuna çəkmək vacibdir”, – Papa Fransisk bildirib.

O deyib ki, Tanrı diridir və diri insanların arasında axtarılmasını istəyir. 

Dini mərasimlərin digər məkanlarından biri də İsrailin Vifleyem şəhəri olub. Yüzlərlə xristian zəvvar İsa peyğəmbərin anadan olduğu yerə gəlib, onun xatirəsinə şamlar yandırıb.