XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

27 Mart 2016 - 12:47

Tomas de Mezyer:"Terrorçular Almaniyaya qarşı hücum hazırlamır"

Tomas de Mezyer

"Hazırda terrorçuların Almaniyanı hədəf aldığına dair hər hansı məlumat mövcud deyil".

Report.az-ın RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın Daxili İşlər naziri Tomas de Mezyer bildirib.

Nazirin sözlərinə görə, təhlükəsizlik orqanları potensial təhlükə ilə bağlı xəbərdarlıq etməyiblər.

Bununla belə, Mezyer avropalı həmkarlarını digər dövlətlərlə, o cümlədən ABŞ-la, əməkdaşlığa dəvət edib. 

"Məlumat mübadiləsi olmasa cinayətkar strukturların planları ifşa edilə bilməz. Hesab edirəm ki, şəxsi məlumatların təhlükəsizliyi ictimai təhlükəsizliyin təminatından daha vacib deyil", – deyə Mezyer vurğulayıb.