XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2020 - 13:29

Fransa Senatının üzvü “DQR”-in tanınmasına nail olmaq istəyir –Təxribat

Fransa Senatının üzvü Valeri Buaye quruma qondarma Dağlıq Qarabağ Respublikasının tanınması barədə sənəd təqdim edəcək.

Strateq.az xəbər verir ki, Buaye bu barədə öz “Twitter” səhifəsində yazıb. O, Azərbaycan hakimiyyətinin bölgədəki hərəkətlərinə qarşı çıxmağın İslamın Aİ-də yayılmasına qarşı çıxmağa bərabər olduğunu qeyd edib.

Buaye yazıb: “Bu həftə Dağlıq Qarabağı tanımaq üçün Senata bir mətn təqdim edəcəyəm”.

Senatorun  sözlərinə görə, sənəd həm də Bakı və Ankaranın “Dağlıq Qarabağ Respublikası” ərazisindəki hərəkətlərini pisləmək məqsədi daşıyır.