XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

27 Mart 2016 - 12:54

Astanada təyyarə qəza enişi edib- FOTO

Martın 27-də Qazaxıstanın "Bek Air" Hava Yollarına məxsus təyyarəsi Astana hava limanında qəza enişi edib.

Azərtac xəbər verir ki, "Qızılorda-Astana" istiqamətində hərəkət edən "Fokker-100" tipli təyyarə Astanaya cədvəl üzrə 09:45-də çatmalı idi. Təyyarənin ön şassisində problemin olduğu bildirilir.

Yanğın təhlükəsi ilə əlaqədar təyyarə 50 dəqiqə havada saxlanılıb. Bu vaxt ərzində isə təhlükənin qarşısını almaq üçün Astana aeroportunun uçuş-enmə zolağına yanğın əleyhinə köpük tökülüb. Təyyarə hava limanına 10:36-da eniş edib. 116 sərnişin və 5 ekipaj üzvü olan təyyarədə xəsarət alan olmayıb.

Hadisə ilə bağlı xüsusi komissiya yaradılıb.