XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2020 - 21:40

İran parlamentində Qarabağ müzakirəsi –Komissiyanın iclası

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasında Dağlıq Qarabağ mövzusunda müzakirə aparılıb.

Strateq.az “Təsnim”ə istinadla xəbər verir ki, bu barədə komissiyanın sözçüsü Əbülfəzl Əmuyi məlumat verib.

Onun sözlərinə görə, iclasda komissiya üzvlərindən ibarət nümayəndə heyətinin Dağlıq Qarabağ münaqişəsinin fərqli ölçülərini öyrənmək üçün Ərdəbil  və Şərqi Azərbaycan vilayətinin sərhəd bölgələrinə səfəri barədə hesabat dinlənilib.

Əmuyi əlavə edib: “Ermənistanla Azərbaycan Respublikası arasındakı münaqişənin fərqli ölçülərini nəzərə alaraq, komissiyanın xarici əlaqələr komitəsi, müvafiq qurumun dəvətlisi kimi, dövlətin diplomatik və təhlükəsizlik aparatı da daxil olmaqla, geniş tərkibli iclas keçirmək məcburiyyətində qalıb”.