XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2020 - 00:16

ABŞ müttəfiqlərindən müdafiə xərclərini artırmağı tələb etdi:"Təhdidlərimiz azalmayıb"

ABŞ-ın Müdafiə naziri Mark Esper bildirib ki, yalnız NATO ölkələri deyil, bütün müttəfiq dövlətlər ÜDM-nun 2 faizini müdafiə xərclərinə, ilk növbədə Rusiya və Çinin qarşısını almaq üçün ayırmalıdır.

“RİA Novosti” verir ki, o, COVID-19 pandemiyasının çağırışlarını və çətinliklərini anladıqlarını deyib.

“Lakin bu gün təhdidlərimiz azalmayıb. Əksinə, ölkələr daxili vəziyyəti yaxşılaşdırmaq üçün yollar axtardıqca vəziyyət pisləşdi. Eyni zamanda, rəqiblərimiz bundan istifadə etməyə çalışırlar.

Buna görə, bütün (NATO – Red) üzv ölkələri öz öhdəliklərinə əməl etməyə və ümumi təhlükəsizliyimizə daha çox töhfə verməyə çağırırıq. Bu, NATO-nu da əhatə edir. Bütün müttəfiqlərin müdafiə sahəsinə daha çox vəsait ayırmağı gözləyirik – ən azı ÜDM-nin 2 faizini”, – deyə o, bildirib.