XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2020 - 15:44

Səudiyyənin yeni qadın səfiri –Kralın təyinatı

Səudiyyə Ərəbistanı kralı Amal bint Yəhya əl-Muallimi ölkənin Norveçdəki səfiri təyin edib.

Strateq.az WAS-a istinadla xəbər verir ki, yeni səfir kral Salman bin Əbdüləziz qarşısında and içib.

Əl-Muallim Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Rima bint Bəndar əl-Səuddan sonra səfir təyin olunan ikinci qadındır.

O, Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdullah əl-Muallimin bacısıdır və əvvəllər təhsil və sosial inkişaf nazirliklərində bir sıra vəzifələr tutub, habelə Səudiyyə cəmiyyətində qadın hüquqlarının qorunmasında mühüm rol oynayıb.