XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Mart 2016 - 14:45

Frankfurt aeroportunda təcili evakuasiya başlayıb- Terror təhlükəsi

Frankfurt aeroportunda təcili evakuasiya başlayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, hava limanında partlayış təhlükəsinin olduğu bildirilir. Polis hələlik təfərrüatlar barədə məlumat vermir.

Qeyd edək ki, dünən Almaniyanın ədliyyə naziri Hayko Maas terror dalğasının ölkəsindən yan keçməcəyini bildirmiş və rəsmi Berlini belə bir ehtimala inanmamağa çağırmışdı. Bu gün isə ölkənin daxili işlər naziri Tomas de Mezyer bildirib ki, hazırda terrorçuların Almaniyanı hədəf aldığına dair hər hansı məlumat yoxdur.

Bu arada, İŞİD liderlərindən Əbu əl-Ənsari bəyan edib ki, terrorçular Avropa Birliyinin  bütün aeroportlarında öz əlaltılarını yerləşdiriblər.