XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

27 Mart 2016 - 14:43

Qırğızıstanda hakimiyyəti zorla ələ keçirmək ittihamı ilə iki nəfər həbs edilib

Qırğızıstan

Qırğızıstan məhkəməsi ölkədə hakimiyyəti zorla ələ keçirməyə cəhd etmək ittihamı ilə müxalifət hərəkatının iki lideri – Kubanıçbek Kadırov və Bektur Asanovu iki ay müddətinə həbs edib.

Qırğızıstan Milli Təhlikəsizlik Komitəsi mətbuat xidmətinin verdiyi məlumata görə, onlar “Adamları küçəyə çıxarmaq”, “Ağ evi tutmaq” (Prezident Administrasiyası və parlamentin binası) çağırışları ilə ittiham edilir.

Müxalifət liderləri regionlarda mitinqlər təşkil etməkdə və digər müxtəlif aksiyalar təşkil etməkdə də günahlandırılır.

Strateq.az-ın azertag.az-a istinadən verdiyi xəbərə görə, ilkin istintaqın nəticələri göstərir ki, onların məqsədi ölkədə ictimai–siyasi vəziyyəti gərginləşdirmək, nəticədə hakimiyyəti güc yolu ilə ələ keçirmək olub.