XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2020 - 17:22

İranlı komandan Azərbaycanla sərhəddə –Vəziyyət araşdırılıb

İran ordusunun quru qoşunları komandanı Azərbaycan Respublikası ilə həmsərhəd bölgələrə səfər edib.

Strateq.az IRIB-ə istinadla xəbər verir ki, briqada generalı Kəyumərs Heydəri Şərqi Azərbaycan vilayətinin  Xudafərin şəhəri yaxınlığındakı ərazilərə baş çəkib.

Ordu komandanını Culfa və Xudafərin valiləri, habelə 321-ci Mobil Mərənd Hücum Briqadasının komandiri və Culfa sərhəd məntəqəsinin rəhbəri müşayiət ediblər.

General Kəyumərs Heydəri sərhədyanı ərazidəki vəziyyəti araşdırıb.

Ermənistanla Azərbaycan arasındakı hərbi qarşıdurmanın başlanğıcından bəri İranın sərhəd bölgələrinə bir neçə dəfə raket və mərmilər düşüb, üstəlik bir pilotsuz uçuş aparatı qəzaya uğrayıb.