XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2020 - 18:29

Metyu Brayza:"Cənubi Qafqazdakı münaqişənin hazırkı qalibi Putindir"

“Hazırda böyük qalibin Putin olduğu görünür”.

Strateq.az “Atlantic Council”-ə istinadla xəbər verir ki, bu, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın fikridir.

O, oktyabrın 9-da Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə keçirilmiş Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ilk görüşünü belə şərh edib.

Brayza əlavə edib: “Putin danışıqlara nəzarəti ələ alaraq, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə Moskvaya sürpriz dəvət göndərməklə, Cənubi Qafqazın diplomatik kralı olduğunu bir daha nümayiş etdirib. Başqa heç bir beynəlxalq lider Azərbaycanın güclənən və Ermənistanı çıxılmaz vəziyyətə salan hərbi hücumunu dayandırmasını istəməyib, buna razı sala və edə də bilməyib. Beləliklə, Putin indi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində, ancaq Rusiyanı birbaşa döyüşlərə cəlb etmədən Ermənistanın müqavilə müttəfiqindən dəstək gözləmə ümidlərini doğruldacaq. Üstəlik, Putin Azərbaycanın “tam qələbəsindən” yayınaraq həm Bakının Moskvanın idarə etməsi çətin ola biləcək siyasi problemlərinin, həm də “Ermənistanı yalqız qoydu” ittihamlarının qarşısını alıb.

Qısası, oktyabrın 9-da Ermənistan və Azərbaycan arasında atəşkəs razılaşması – Putinin qazanı qarışdırmağa yol verməmək, ancaq daşmasına da imkan yaratmamaq üçün “Rusiya ətrafında dondurulmuş münaqişələr”lə bağlı çoxdankı məqsədini həyata keçirmək üçün diplomatik ustalığıdır”.