XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2020 - 16:06

Əfqanıstanda əməliyyat:12 "Taliban" silahlısı məhv edilib

Əfqanıstanın Bəhərək qəzasının Hazara Qarlıq kəndinə ötən gecə endirilən hava zərbəsi nəticəsində 12 nəfər “Taliban” silahlısı məhv edilib.

“ToloNews” xəbər verir ki, Müdafiə Nazirliyinin açıqlamasına görə, ölənlər arasında talibançıların “bir neçə komandiri” də var.

Həmçinin mülki sakinlər arasında itkilərə dair iddialara aydınlıq gətirmək üçün əraziyə araşdırma qrupunun göndərildiyi də bildirilir. Belə ki, bundan əvvəl mənbələr hava zərbəsi nəticəsində azı 12 nəfərin öldüyünü və 14 nəfərin yaralandığını, yerli mədrəsə binasının hədəf alındığını bildiriblər. Ölkənin birinci vitse-prezident Əmrullah Saleh sosial media hesabından sözügedən hadisədə uşaqların ölməsinə dair xəbərləri təkzib edib.

Xatırladaq ki, əvvəlki gecə Bəhərək qəzasında polislə “Taliban” dəstələri arasında baş verən toqquşmada rəsmi mənbələrə görə, 50-dək təhlükəsizlik əməkdaşı, o cümlədən əyalət polis rəisinin müavini Rəz Məhəmməd Durandiş ölüb/Report.