XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2020 - 10:59

Dünya Bankı gələn il neftin qiymətinin 44 dollar olacağını gözləyir –Hesabat

Dünya Bankı 2021-ci ildə neftin bir barelinin orta qiymətinin 44 ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırır.

Bu barədə bankın “Commodity Markets Outlook” hesabatında deyilir.

Bu il üçün isə gözlənilən orta qiymət 41 dollar təşkil edir. Yüksək neft ehtiyatları 2022-ci ilədək qiymətləri 50 dollaradək saxlayacağı güman edilir. Hesabatda 2022-ci ildə neftin qiymətinin 50 dollar, 2023-cü ildə 52,1 dollar, 2024-cü ildə 54,4 dollar, 2025-ci ildə 56,7 dollar, 2030-cu ildə isə 70 dollar olacağı proqnozlaşdırılır. (apa)