XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2020 - 12:38

2021-ci ildə qlobal neft istehlakı 6% artacaq –Dünya Bankı

Dünya Bankının 2021-ci ildə qlobal neft istehlakının təxminən 6% artmasını proqnozlaşdırmasına baxmayaraq, bank sözügedən göstəricinin COVID-19 pandemiyası dövründən əvvəlki istehlak səviyyəsindən 5% az olacağını gözləyir.

Bu barədə bankın “Commodity Markets Outlook” hesabatında deyilir.

Hesabatda istehlakın gələn il nisbətən bərpası “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) sazişi çərçivəsində ölkələrin hasilat kəsirlərinin tədricən yüngülləşməsi faktoru göstərilir.

Bank güman edir ki, qlobal neft istehlakı 2023-cü ilədək pandemiya dövründən əvvəlki səviyyəni keçə bilməyəcək. Eyni zamanda, bank gələn il Çinin dünyada 2019-cu illə müqayisədə neft istehlakını artıracaq yeganə ölkə olacağını proqnozlaşdırır.

Dünya Bankının 2020-ci il üçün olan gözləntisinə əsasən, qlobal neft istehlakı 8%-ə yaxın azalacaq. “OPEC+”un hasilatının 2021-ci ildə artacağı gözlənilsə də, ABŞ-da hasilatın bir qədər də azalacağı proqnozlaşdırılır və bank bunun səbəbini yeni hasilat yataqlarına qoyulan aşağı sərmayələrin mövcud yataqlardan hasilatın sürətli azalmasını ödəmək üçün yetərli olmamasında görür. (apa)