XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2020 - 18:54

İranda koronavirus:son sutkada 335 nəfər ölüb

İranda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 335 nəfər ölüb.

Bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla da İranda koronavirusdan ölənlərin sayı 31 985 nəfərə yüksəlib.

Ölkədə son 24 saat ərzində 6 134 nəfər koronavirusa yoluxub. İranda indiyədək COVID-19-a yoluxanların sayı 556 891 nəfərə çatıb.

İndiyədək 446 685 nəfər koronavirusdan sağalıb. Hazırda virus daşıyıcısı olan 4 933 nəfərin vəziyyəti ağır və ya orta ağırdır. (apa)