Papa Francis Romada ənənəvi Pasxa xütbəsində miqrantlara yardım etməyənləri pisləyib.
Onun sözlərinə görə, miqrantlar tez-tez "yardım imkanı olanlar tərəfindən rədd edilir".
Martın 27-də Xristianlığın qərb – katolik və protestant məzhəbləri Pasxa gününü qeyd edir. Bu münasibətlə xütbə oxuyan Papa Francis bütün xristianları qorxmamağa və pessimist olmamağa çağırıb.
Vatikanda ciddi təhlükəsizlik tədbirləri şəraitində danışan ruhani deyib: "Qaranlıq və qorxunun bizi çaşdırmasına və ürəklərimizə nəzarət etməsinə izn verməyək."
Daha sonra o, cümə günü Brüsseldə baş vermiş terror hadisələrini pisləyib. Papa Vatikandakı Müqəddəs Pyotr Basilika məbədinə təkcə bir şamla daxil olub. O, mehraba çatan kimi, projektorla simvolik olaraq İsa Peyğəmbərin dirilməsi səhnəsi göstərilib.
Sonra Papa Francis əlavə edib: "Bu gün ümidlərimizin bayramıdır. Bu gün bu, elə vacibdir ki…".
BBC