XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2020 - 18:32

İran “Bəvar-373” hava hücumundan müdafiə sistemini sınaqdan keçirib- FOTO

İranın “Bəvar-737” hava hücumundan müdafiə sisteminin ilk sınağı uğurlu olub.

Azərtac “Tasnim” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sistem İranın Hərbi Hava Qüvvələrinin “Vilayət səmasının müdafiəçiləri 99” adlı hərbi təlimlərində istifadə edilib. “Bəvar-737” hava hücumundan müdafiə sistemi müşahidə apara bildiyi 100 hədəfdən 60-nı vurmaq imkanına malikdir ki, bu da uğurlu nəticədir. Bu sistem müxtəlif məsafələrdəki və hündürlükdəki hədəfləri vurmaq üçün nəzərdə tutulub.

“Bəvar 737” tamamilə İran istehsalıdır.

İran Hərbi Hava Qüvvələrinin oktyabrın 21-də başlayan “Vilayət səmasının müdafiəçiləri 99” hərbi təlimləri davam edir.