Terror xəbəri bu səfər Pakistandan gəldi.
Strateq.az xəbər verir ki, ölkənin Pencab əyalətinin mərkəzi Lahorda gerçəkləşdirilən intihar hücumunda xeyli ölən və xəsarət alan olduğu bildirilir.
"Gülşen İkbal" adlı lunaparkda baş verən hadisə zamanı ilkin məlumata görə, 55 adam həyatını itirib, 100-dən çox adam yaralanıb. Ölü sayının artacağında ehtiyat edilir.
Pakistan polisi mətbuata açıqlamasında bildirib ki, terror hadisəsi bazar tətili münasibətilə Lunaparka əylənməyə gələn xalqa qarşı təşkil olunub, məhz bu səbəbdən də zərərçəkənlər arasında xeyli sayda qadın və uşaq var. Partlamadan sonra bölgədə xaosun yaşandığı, hadisə yerinə çox sayda təcili yardım maşını və polisin toplandığı qeyd olunur.
Hadisə yerində araşdırma aparan mütəxəssislərin fikrincə, canlı bombanın 8 kiloqram partlayıcı maddədən istifadə etdiyini güman olunur.
Pakistan baş naziri Navaz Şərif hücumu qınayıb. Ölkədə 3 günlük yas elan olunub.