XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2020 - 17:17

“Sepah” qüvvələrinin sərhədə doğru hərəkəti –Video

Sosial mediada İslam İnqilabı Keşikçiləri Koprusu (İİKK) qüvvələrinin İran-Azərbaycan sərhədinə yerləşdirilməsini əks etdirən video görüntülər paylaşılıb.

Strateq.az “Xəbər-e fouri”yə istinadla xəbər verir ki, İİKK-nin quru qüvvələri sərhəd bölgələri olan Culfa və Xudafərinə göndərilib.

“Sepah”ın açıqlamasına görə, sərhədyanı əraziyə İnqilab Keşikçiləri quru qüvvələrinin “İmam Zaman” (ə.) mexanikləşdirilmiş briqadası yerləşdirilib.

Ermənistanla Azərbaycan arasında son döyüşlər başlayandan bəri İran rəsmiləri sərhəd kəndlərinə bir neçə raket və mərmi düşüb. Azərbaycan rəsmiləri dəfələrlə bu sursatı erməni işğalçı qoşunlarının atmasını vurğulayıb.

Hazırda İran-Azərbaycan sərhədində rəsmi Bakının suveren hüquqları tam bərpa olunub.

Bir gün əvvəl, oktyabrın 24-də İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur bildirib: “Sərhədlərimizdə xalqımızın təhlükəsizliyinə və dincliyinə zərər verən hər hansı bir təhlükəsizlik və təhdid əks-tədbirlərimizlə qarşılanacaq, çünki xalqın təhlükəsizliyi və ölkəmizin milli maraqları bizim qırmızı xəttimizdir”.

Sərhəd təhlükəsizliyini izləmək üçün son 20 gündə Qarabağla həmsərhəd bölgəyə üçüncü dəfə səfər edən Məhəmməd Pakpur jurnalistlərə verdiyi qısa müsahibədə deyib ki, müharibənin ilk günlərindən İİKK quru qoşunlarının “Aşura” bazası sərhəd bölgəsində fəaliyyət göstərir. “Sepah”çılar inkişafları izləyir və vəziyyətə uyğun olaraq lazımi tədbirlər və möhkəmləndirmə işləri aparırlar”.

General Pakpur əlavə edib: “Sepah”ın quru qoşun bölmələrinin sərhədyanı əraziyə göndərilməsi milli maraqların qorunması ilə bərabər, bölgə əhalisinin təhlükəsizlik və əmin-amanlığını təmin edəcək. Aydındır ki, son günlərdə başlayan “Sepah” quru qoşunları bölmələrinin sərhəyanı ərazilərdə mövcudluğu, lazım gələrsə, yüksəldiləcəkdir”.