XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2020 - 15:11

İranda koronavirus:son sutkada 337 nəfər ölüb

İranda son sutka ərzində 337 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasından ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Sadat Larinin sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 32 953 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 5 960 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 574 856 nəfərə yüksəlib.

O əlavə edib ki, İranda indiyədək 459 250 nəfər koronavirusdan sağalıb. (apa)