XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2020 - 21:30

Çin “Boeing” və “Lockheed Martin” şirkətlərinə sanksiyalar tətbiq etməyə başlayıb

Rəsmi Pekin “Boeing”, “Lockheed Martin” və “Raytheon” da daxil olmaqla ABŞ-ın bir neçə şirkətinə və fərdi şəxsə sanksiyalar tətbiq etməyə başlayıb.

Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien həmin şirkətlərə və fərdlərə sanksiyalar tətbiq edilməsinin Tayvana silah satışı ilə əlaqədar olduğunu deyib.

“Çin hökuməti milli maraqların təmin olunması məqsədilə cavab tədbirləri kimi Tayvana silah satışında iştiraka görə ABŞ-ın bəzi fərdlərinə və şirkətlərinə sanksiyaların tətbiqi barədə qərar qəbul edib”, – deyə Çin XİN rəsmisi bəyan edib. O, Birləşmiş Ştatları “Vahid Çin” prinsipinə və Çin ilə ABŞ arasında imzalanmış 3 birgə bəyannaməyə riayət etməyə, Tayvana planlaşdırılan silah satışlarını və Tayvanla hərbi əlaqələrini dayandırmağa çağırıb.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın Tayvana 1,8 milyard dollar dəyərində potensial silah satışı barədə razılaşmanın təsdiqlənməsi barədə xəbərlər yayılıb(azərtac).