XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2020 - 22:01

Təbriz-İstanbul aviareysləri bərpa edilib

Təbriz-İstanbul-Təbriz aviareysləri bərpa olunub. Həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Təbriz-İstanbul, digər günlərində isə İstanbul-Təbriz istiqamətində uçuşlar həyata keçiriləcək.

Azərtac xəbər verir ki, bu barədə Təbriz hava limanının rəisi Ramin Azəri deyib. O bildirib ki, sərnişinlərin sağlamlığını qorumaq məqsədilə sosial məsafənin gözlənilməsi təmin ediləcək. Tibbi maskası olmayan sərnişinlərin hava limanına daxil olması qadağandır. Bundan başqa, hava limanına daxil olanların hərarəti ölçüləcək.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar cari il fevralın 24-də Təbriz-İstanbul-Təbriz reysləri dayandırılmışdı.