XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2020 - 00:11

Türkiyədə terror aktı törədilib –İki terrorçu zərərsizləşdirib

Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin cənub-şərqindəki Hatay əyalətinin İskəndərun şəhərində iki terrorçunu zərərsizləşdirib.

Bu barədə ölkənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.

“İskəndərunda iki terrorçu zərərsizləşdirilb, – nazir bildirib.

Daha əvvəl əyalətin valisi Rahmi Doğan terrorçulardan birinin saxlanılması əməliyyatı zamanı partlayışın baş verdiyini bildirmişdi. O, terrorçunun zərərsizləşdirildiyini, əməliyyat zamanı insan itkisinin olmadığını qeyd etmişdi.

O, qeyd edib ki, terrorçu zərərsizləşdirilib, həlak olan yoxdur: “İki terrorçunun izlənilməsi zamanı İskəndırunda partlayış olub. Heç kim həlak olmayıb. Terrorçulardan biri zərərsizləşdirilib. Əməliyyat davam edir”.

“Habertürk” isə bildirib ki, hadisə zamanı 3 nəfər yaralanıb. Onlardan biri polis əməkdaşıdır.

Hadisənin təfərrüatı açıqlanmır/Report.