XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Mart 2016 - 11:57

Pakistandakı dəhşətli terroru müəllim törədib –Açıqlama

 

pakistan teror

Pakistan polisi Laxorda partlayış törədən terrorçunun şəxsiyyətini müəyyənləşdirib.

Bu haqda məlumatı Pakistan mətbuatı yayıb.

Məlumatda deyilir ki, bu, Yusuf adında 28 yaşlı terrorçudur. Pəncab əyalətinin Muzaffarqarx şəhərində yaşayıb. Pəncabda dini təhsil aldıqdan sonra səkkiz il Laxorda dini məktəbdə müəllim işləyib.

Polis bu terror aktında şübhəli bilinən 15 nəfəri, o cümlədən Yusufun qardaşlarını saxlayıb, istintaq aparılır.

Son məlumata görə, partlayış nəticəsində 69 nəfər həlak olub, 300-dən çox insan yaralanıb. Həlak olanların 23-ü uşaqdır.