XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2020 - 22:13

Ramzan Kadırovdan Fransa Prezidentinə sərt etiraz:"Makronun özü indi terrorçuya bənzəməyə başlayır"

Çeçenistanın başçısı Ramzan Kadırov Məhəmməd peyğəmbər haqda nəşr edilən təhqiramiz karikaturaları dəstəklədiyinə görə Fransa Prezidenti Emmanuel Makronu tənqid edib.

Bu barədə R.Kadırov “Telegram” kanalında yazıb: “Mən bilmirəm Makron bu bəyanatı verərkən hansı vəziyyətdə olub. Lakin bu cür reaksiyanın nəticələri çox faciəvi ola bilər.

Fransa Prezidentinin indi özü terrorçuya bənzəməyə başlayır. Təxribatı dəstəkləyərək, o, gizli şəkildə müsəlmanları cinayət törətməyə çağırır. Dünyadakı iki milyard müsəlmanın təhqir edilməsini Makron “söz azadlığı” adlandırır. Makron bilməmiş deyil ki, peyğəmbərin karikaturası inanclı insanlar üçün ağrılı qəbul edilir. İnamın lağ-lağıya qoyulması və parodiya edilməsi Paris ətrafında müəllimin faciəvi sonluğunun səbəbidir”/APA