XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2020 - 20:37

Parisdə bomba həyəcanı yaşanıb –Ərazidəki insanlar təxliyə olunub

Fransa paytaxtı Parisdəki Zəfər tağının ətrafında bomba həyəcanı yaşanıb, ərazidəki insanlar təxliyə olunub.

“RİA Novosti” xəbər verir ki, bu barədə şəhər polisinin mətbuat xidmətinin nümayəndəsi bildirib.

“Bomba olması ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları təfərrüatları dəqiqləşdirmək üçün əraziyə cəlb olunub”, – deyə mənbə qeyd edib.

Onun sözlərinə görə, Zəfər tağı ətrafında təhlükəsizlik xətti yaradılıb/APA.