İran ordusunun yeni-yeni qüvvələri Azərbaycanla sərhədə cəmləşdirilir.
Strateq.az İRNA-ya istinadla xəbər verir ki, Mərənd şəhərində yerləşən nizami ordunun 321-ci səyyar briqadası sərhədlərin müdafiəsini gücləndirmək üçün ölkənin şimal-qərb bölgələrinə ezam olunub.
Bu barədə məlumatı ordunun şimal-qərb bölgəsi üzrə baza komandanı general Əli Hacilu mətbuat konfransında açıqlayıb.
Əli Hacilu bildirib: “İran İslam Respublikası xalqının təhlükəsizliyi üçün təhdid varsa, bu təhdidlə ciddi şəkildə mübarizə aparacağıq. Biz xalqın fədailəriyik. Düşmənlərimiz bilir ki, İran İslam Respublikası ordusu İslam yolunda ölməyə hazırdır”.