XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

28 Mart 2016 - 18:40

Tramp 8-ci dəfə baba oldu- FOTO

Amerikalı milyarder, respublikaçıların prezidentliyə namizədi Donald Tramp 8-ci dəfə baba olub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Trampın qızı İvankanın üçüncü övladı dünyaya gəlib. 

«Associated Press»in məlumatına görə, körpənin adını Teodor Ceyms qoyublar.

İş adamı, fotomodel, yazıçı kimi tanınan İvanka Donald Trampın çexiyalı idmançı və fotomodel İvana Zelniçkova ilə nikahdan olan üç övladından biridir. 

69 yaşlı Trampın 5 övladı var. Hazırda o, 45 yaşlı sloveniyalı fotomodel Melani Knausla evlidir.