XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2020 - 17:42

Əraqçi rusiyalı vəzifədaşına “Qarabağ Planı”nı təqdim edib –Moskvada məsləhətləşmələr

Bu gün Rusiya XİN-də Dağlıq Qarabağ münaqişəsi ilə məsləhətləşmələr aparılıb.

Strateq.az ISNA-ya istinadla xəbər verir ki, Bakıdan Moskvaya yollanmış İran xarici işlər nazirinin müavini Abbas Əraqçi Rusiya xarici işlər nazirinin Orta Asiya və Qafqaz üzrə müavini Andrey Rudenko ilə görüşüb.

Sergey Lavrovun Orta Asiya və Qafqaz üzrə müavini ilə görüşdə İran prezidentinin xüsusi elçisi İslam Respublikasının Dağlıq Qarabağ münaqişəsinin həlli təşəbbüsünü müzakirə edib.

Bundan əvvəl Abbas Əraqçi, prezident də daxil olmaqla, Azərbaycan rəsmiləri ilə görüşərək İranın “Qarabağ Planı”nı müzakirə edib.

Rusiya rəsmiləri ilə görüşdən sonra Əraqçinin İrəvan və Ankaraya getməsi planlaşdırılır.