XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

28 Mart 2016 - 18:50

“Aeroflot” Qazaxıstana uçuşlarıbərpa etdi

Rusiyanın aparıcı aviаşirkəti “Aeroflot” Qazaxıstana uçuşları bərpa edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qərarı Qazaxıstan Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Komitəsi elan edib.

Komitədən bildiriblər ki, planlaşdırılmış bütün aviareyslər yerinə yetiriləcək.

Xatırladaq ki, martın 26-da şirkət Qazaxıstana uçuşları müvəqqəti dayandırdığı barədə açıqlama vermişdi. Buna səbəb kimi Qazaxıstan tərəfinin yay vaxtına keçidlə əlaqədar yenilənmiş uçuş cədvəlini təsdiqləməməsi və lazımi sənədləri təqdim etməməsi göstərilirdi.