XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

30 Oktyabr 2020 - 14:32

Briqada generalı:"İranın şimal-qərb sərhədləri üçün heç bir təhlükə yoxdur"

“İranın şimal-qərb sərhədləri üçün heç bir təhlükə yoxdur”.

Strateq.az “Təsnim”ə istinadla xəbər veriri ki, bunu briqada generalı Kəyumərs Heydəri bildirib.

Şərqi Azərbaycan vilayətinin Culfa və Xudafərin sərhəd bölgələrinə səfər edən hərbçinin sözlərinə görə, İslam Respublikası ordusunun bəzi bölmələri ölkənin şimal-qərb sərhədlərinə yerləşdirilib və əsas məqsəd “qırmızı xətlər”i qorumaqdır.

“İranın “qırmızı xətlər”inin adlanmasına heç bir şəkildə icazə verməyəcəyik”, – deyə briqada generalı vurğulayıb.

Kəyumərs Heydəri əlavə edib: “Qırmızı xətlər”imiz sərhədlərin təhlükəsizliyi, vətəndaşların dincliyi və rahatlığıdır və İran sərhədlərinin təhlükədə olmasına dözə bilmərik”.

O, Şərqi Azərbaycan vilayətində yerləşdirilən müxtəlif bölmələrin çox yaxşı hazırlıq səviyyəsində olduğunu qeyd edib.